Xames Avropanın iki nəhənginin hədəfində

Xames Avropanın iki nəhənginin hədəfində
DÜNYA FUTBOLU 9 Aprel 2020 / 16:26 3950
-  A +

"Real"ın futbolçusu Xames Rodriqes Avropanın iki nəhəng klubunun maraq dairəsinə düşüb.

Qol.az "AS" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Yuventus" kolumbiyalı yarımmüdafiəçini transfer etmək istəyir. Bildirilib ki, Madrid təmsilçisi müqaviləsi 2021-ci ilin iyununda başa çatacaq 28 yaşlı oyunçunu satmağa hazırdır.

Qeyd edək ki, X.Rodriqes bu mövsüm 13 matçda 1 qol vurub, 2 qolun ötürməsini verib.


Son xəbərlər