"Barselona"nın kapitanı Lionel Messi PSJ-də çıxış edən sabiq komanda yoldaşı Neymarla bağlı danışıb.
Qol.az xəbər verir ki, 32 yaşlı hücumçu "Sport"a açıqlamasında braziliyalı futbolçu ilə yenidən birgə çıxış etmək istədiyini deyib:
"Neymarın "Barselona"ya qayıtmasını çox istəyərdim. Düzü, Neymarın geri qayıtması üçün "Barselona"nın hər şeyə cəhd edib-etmədiyini bilmirəm. Həm də PSJ ilə danışıqlar aparmaq da çətindir. Neymar dünyanın ən yaxşı futbolçularından biridir. Neymarla bu günə qədər transfer məsələsi barədə söhbət etməmişəm. Onu almadığımız üçün üzülmədim. Hazırda güclü heyətimiz var. Hər turnirin qalibi ola biləcək səviyyədəyik".
Qeyd edək ki, Neymar 2017-ci ildə "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olunub.
Daha 2 il "Sumqayıt"da
Van Qal istefa verdi
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib