"Bizi çətin oyun gözləyir. Ötən il də Albaniyada oynamışıq, bilirik ki,azarkeşləri sona qədər komandalarını dəstəkləyir və futbolçuları çox xarakterlidir".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin "Partizani" ilə sabah səfərdə keçiriləcək oyun öncəsi təşkil edilən mətbuat konfransında deyib.
O, Albaniyaya qələbə dalınca getdiklərini bildirib: "Bilirik ki, rəqibin yeni baş məşqçi gəlib, yeni sistem var, bizə məlum olmayan sürprizlər gözləyirik və buna hazır olmalıyıq. Bu mərhələdə uduzmağımızı faciə saymaq düzgün deyil, dünya futbolunda hər şey ola bilər, önəmli olan səhvlərdən nəticə çıxarmağı bacarmaqdır. Nəticəyə gəlincə, biz burada qələbə qazanmaq istəyirik, amma hər zaman sərfəli nəticə qazanmaq daha vacibdir, bəzən qol buraxmamağı da uğurlu nəticə saymaq olar.
Sabah hava isti olacaq, biz bunu fikirləşməli deyilik, hər cür hava şəraitinə hazır olmalıyıq. Əsas işimiz oyuna tam konsantrasiya olmaq və oyun intizamını saxlamaq lazımdır".
Q.Qurbanov mövsümün sonunda "Qarabağ"dan ayrılan albaniyalı müdafiəçi Ansi Aqolli haqda da danışıb: "Ansi Aqolli bizim komandamızdan yox, ailəmizdən gedib. Bir baş məşqçi kimi arzulamışam ki, komandamda Ansi Aqolli kimi yaxşı insan və futbolçular çox olsun".
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər
PSJ-nin qapıçısı Portuqaliya klubuna keçdi
"Qərar hansı əsasla ləğv edildi?" - Tomas Tuxel
"Milan"ın oyunçusu sıradan çıxdı
Millinin baş məşqçisindən rəqib oyunçuya qeyri-etik ifadə
"Sumqayıt"ın rəqibləri bilindi
"Üzərimizdə böyük məsuliyyət var" - Valdas Dambrauskas
Arne Slot Niderland millisinin baş məşqçisi ola bilər
Musiala əməliyyat olundu
Felipe Luisin təyinatı açıqlandı - Rəsmi
15 gün əvvəl müqaviləni yenilədiyi "Qəbələ"dən ayrıldı
“Zirə”nin rəqibindən transfer
“Kamilo Duranın transfer danışıqlarında irəliləyiş var”
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Premyer Liqa klubunda yeni baş məşqçi
“Tottenhem” tarixinin ən bahalı transferi oldu
“Zirə” - “Torpedo” oyununun biletləri satışa çıxarılır
TNS-in baş məşqçisindən "Sabah" haqda - Açıqlama
Norveç şahzadəsi Haalandla görüşdü
Belçika Futbol Assosiasiyası FİFA-nın qərarından şoka düşüb
Azərbaycandan getdi, Tayland klubuna keçdi
"Futboldan başı çıxmayan iki adam..." - Kloppdan sərt sözlər
Keyn mundiallar tarixinə belə düşdü
Seneqal millisinin liderləri arasında münaqişə
Azərbaycan klublarının avrokuboklar mövsümü başlayır
İngiltərə millisinin futbolçusu qələbə sevincində zədələndi
Bellinqem "ən yaxşı" seçildi
Bombardirlik yarışında “amansız mübarizə”
“Vikinq gəmisi” dayanmır! - Video
DÇ-2026: 1/4 finalın ilk iki cütü müəyyənləşib
Haaland matçın ən yaxşısı seçildi
Karluş Keyruş Qana millisindən ayrıldı
DÇ-2026: Norveç Braziliyanı dayandırdı
Braziliya millisində 40 ilin antirekordu