UEFA-nın icraçı direktoru Martin Kallen Rusiyanın "rt.com" saytına müsahibə verib. Qol.az-ın məlumatına görə, Avro-2020-nin final mərhələsinin 4 oyununun Bakıya salınması haqda danışan qurum rəsmisi son Avropa Liqası finalının paytaxtımızda keçirilməsi məsələsinə də toxunub.
- Avropa çempionatının keçirilmə formatına uyğun olaraq, bir yığma komanda əvvəl Kopenhagendə oynayıb, sonra Bakıya, oradan isə Romaya gedə bilər. Bu mənada azarkeşlərə çətin olmayacaq? Logistika ilə bağlı problem varmı?
- Biz artıq bu məsələni müzakirə etmişik. Problemdən qaçmaq üçün bütün milli komandalar turnir zamanı oyunların keçiriləcəyi yerlərə yaxın şəhərlərdə məskunlaşacaq. Məsələn, Sankt-Peterburq Kopenhagenlə əlaqəlidir. Rusiya iki oyununu Kopenhagendə, Danimarka isə iki matçını Sankt-Peterburqda keçirəcək. Onların rəqibləri isə bu iki şəhər arasında səyahət edəcəklər. Ona görə də yığmalar iki ölkənin sərhədlərindən kənara çıxmayacaqlar.
- Belədə Bakıda kim oynayacaq?
- Bizim sxemə görə, Bakı Roma ilə əlaqəlidir. Çox ümid edirəm ki, Azərbaycan da final mərhələsinə düşəcək. Baxmayaraq, İtaliya ilə müqayisədə, hazırda onların qarşısında çox çətin tapşırıq durur. Əgər bu baş verməsə, Roberto Mançinin komandası evdə 3 oyun keçirəcək.
- Avropa Liqasının finalından sonra oyunun Bakıya salınmasına görə UEFA xeyli tənqid olundu. Buna görə sizi qınayanlara nə cavab verərdiniz?
- Birincisi, həlledici matçda bir ölkənin iki komandasının qarşılaşacağını gözləmirdi. Bu, çox cuzi ehtimal idi. İkincisi, Bakı Avroliqanın finalını keçirmək üçün çoxdan seçilmişdi. Azərbaycan UEFA-nın bir üzvü olaraq, öz işinin öhdəsindən əla gəldi. Hə, şəhər qitənin ən uzaq nöqtəsində yerləşir və ora getmək elə də asan deyil. Biz bunu başa düşürdük. Ancaq eyni zamanda Mərkəzi Avropa xaricində bir ölkəyə bu oyunu təşkil etmək imkanı vermək istəyirdik. Şəhər Avropa çempionatının özünə aid hissəsini də yüksək səviyyədə keçirəcək. Dekabr ayında final mərhələsinin bütün iştirakçıları bilinəcək. Bundan sonra logistikanı düzgün qura bilərik.
- Avroliqa finalı ərəfəsində "Arsenal"ın erməni yarımmüdafiəçisi Henrik Mxitaryan Bakıya getməkdən imtina etdi. Həmin vəziyyəti əvvəlcədən fikirləşmişdiniz? Bu amil futbolda mənfi ix buraxmadı?
- Heç kim həlledici qarşılaşmada məhz "topçular"ın olacağını əvvəlcədən bilə bilməzdi. Ancaq Azərbaycan bizə təhlükəsizliklə bağlı hər cür təminat verdi. Ona görə də finalı orada keçirməmək üçün heç bir səbəbimiz yox idi. Bu, futbolçunun öz qərarı idi, hörmətlə yanaşırıq. UEFA siyasi məsələlərdə neytraldır. Buna görə də təşkilati baxımdan Mxitaryan Bakıdakı oyunda iştirak edə bilərdi.
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər
PSJ-nin qapıçısı Portuqaliya klubuna keçdi
"Qərar hansı əsasla ləğv edildi?" - Tomas Tuxel
"Milan"ın oyunçusu sıradan çıxdı
Millinin baş məşqçisindən rəqib oyunçuya qeyri-etik ifadə
"Sumqayıt"ın rəqibləri bilindi
"Üzərimizdə böyük məsuliyyət var" - Valdas Dambrauskas
Arne Slot Niderland millisinin baş məşqçisi ola bilər
Musiala əməliyyat olundu
Felipe Luisin təyinatı açıqlandı - Rəsmi
15 gün əvvəl müqaviləni yenilədiyi "Qəbələ"dən ayrıldı
“Zirə”nin rəqibindən transfer
“Kamilo Duranın transfer danışıqlarında irəliləyiş var”
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Premyer Liqa klubunda yeni baş məşqçi
“Tottenhem” tarixinin ən bahalı transferi oldu
“Zirə” - “Torpedo” oyununun biletləri satışa çıxarılır
TNS-in baş məşqçisindən "Sabah" haqda - Açıqlama
Norveç şahzadəsi Haalandla görüşdü
Belçika Futbol Assosiasiyası FİFA-nın qərarından şoka düşüb
Azərbaycandan getdi, Tayland klubuna keçdi
"Futboldan başı çıxmayan iki adam..." - Kloppdan sərt sözlər
Keyn mundiallar tarixinə belə düşdü
Seneqal millisinin liderləri arasında münaqişə
Azərbaycan klublarının avrokuboklar mövsümü başlayır
İngiltərə millisinin futbolçusu qələbə sevincində zədələndi
Bellinqem "ən yaxşı" seçildi
Bombardirlik yarışında “amansız mübarizə”
“Vikinq gəmisi” dayanmır! - Video
DÇ-2026: 1/4 finalın ilk iki cütü müəyyənləşib
Haaland matçın ən yaxşısı seçildi
Karluş Keyruş Qana millisindən ayrıldı
DÇ-2026: Norveç Braziliyanı dayandırdı
Braziliya millisində 40 ilin antirekordu