"Qarabağ”a gəldiyim üçün çox xoşbəxtəm, klubun hədəflərindən xəbərim var və əsas məqsədim Çempionlar Liqasının qrupuna gedən yolda komandama kömək etməkdir.
Vaxtı ilə Azərbaycanda oynamışam, o zaman “Qarabağ”la danışıqlar olmuşdu, çox təəssüf ki, yarımçıq qaldı. Həmişə fikirləşirdim ki, Azərbaycana qayıtsam, yalnız “Qarabağ”da oynayacağam. “Qarabağ”la avrokuboklarda oynamaq şansı daha çoxdur və daha çox diqqət mərkəzində olursan”.
Qol.az-ın xəbərinə görə, bu sözləri “Qarabağ”ın yeni transferi Ailton Silva klubun rəsmi saytına açıqlamasında bildirib.
Almaniya “Ştutqart”ına məxsus olan 24 yaşlı sol cinah müdafiəçisi bugünlərdə Ağdam təmsilçisi ilə 1 illik icarə müqaviləsi imzalayıb. O, komandanın oyun tərzi və rəqabətdən danışıb:
“Qarabağ”ın hücum, baxımlı futbol oynadığını bilirəm, komandanın daha çox topa sahib olması xoşuma gəlir. Komandanın oyunlarını izləyirdim. Cinah müdafiəçiləri hücumlarda müntəzəm iştirak edir. Burada əlimdən gələni edəcəyəm ki, öz ötürmə və qollarımla komandama kömək edim. Bura ehtiyatda oturmaq üçün yox, oynamaq üçün gəlmişəm. Məşqlərdə var gücümlə çalışacağam ki, oyunlarda verilən şanslardan maksimum istifadə edib əsas heyətin üzvünə çevrilim”.
O, ən qısa zamanda tam hazır olmaq üçün əlindən gələni edəcəyini bildirib:
“Komanda yoldaşlarımın hansı fiziki durumda olduğunu deyə bilmərəm, mən son iki həftədir “Ştutqart”la məşqdə iştirak edirdim. Düzdür, hələ tam hazır deyiləm. Ancaq qısa zamanda tam hazır olacağıma ümid edirəm. Avrokuboklarda ilk oyunu cəza səbəbindən buraxacağıma görə çox məyusam. İstərdim, ilk oyundan məşqçinin ixtiyarında olum, amma nə etmək olar ? Cavab oyununda meydanda olmaq üçün çalışacağam”.
Braziliyalı komandaya ən qısa zamanda uyğunlaşacağını da deyib və iddialı açıqlamalar verib:
“Azarkeşlər komanda üçün meydanda hər şeyini ortaya qoyacaq, avrokuboklarda uğur qazanmaq üçün əlindən gələni edəcək bir Ailton görəcək. Avrokuboklarla yanaşı, həm ölkə çempionatında, həm də kubokda da uğurlu nəticələr qazanamaq istəyirəm. Özümü tam bu uğurlara kökləmişəm. Komandaya gəlməmişdən əvvəl Riçard Almeydayla danışdım, o, burada gözəl ab-havanın olduğunu bildirdi. “Qarabağ”da 3 ispaniyalı və braziliyalı olması oxşar dil baxımından tez uyğunlaşmağıma kömək edəcək. Bununla yanaşı Araz Abdullayev və Rahil Məmmədovla birlikdə oynamışam. Ümid edirəm ki, komandama ən qısa zamanda adaptasiya olacağam”.
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər
PSJ-nin qapıçısı Portuqaliya klubuna keçdi
"Qərar hansı əsasla ləğv edildi?" - Tomas Tuxel
"Milan"ın oyunçusu sıradan çıxdı
Millinin baş məşqçisindən rəqib oyunçuya qeyri-etik ifadə
"Sumqayıt"ın rəqibləri bilindi
"Üzərimizdə böyük məsuliyyət var" - Valdas Dambrauskas
Arne Slot Niderland millisinin baş məşqçisi ola bilər
Musiala əməliyyat olundu
Felipe Luisin təyinatı açıqlandı - Rəsmi
15 gün əvvəl müqaviləni yenilədiyi "Qəbələ"dən ayrıldı
“Zirə”nin rəqibindən transfer
“Kamilo Duranın transfer danışıqlarında irəliləyiş var”
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Premyer Liqa klubunda yeni baş məşqçi
“Tottenhem” tarixinin ən bahalı transferi oldu
“Zirə” - “Torpedo” oyununun biletləri satışa çıxarılır
TNS-in baş məşqçisindən "Sabah" haqda - Açıqlama
Norveç şahzadəsi Haalandla görüşdü
Belçika Futbol Assosiasiyası FİFA-nın qərarından şoka düşüb
Azərbaycandan getdi, Tayland klubuna keçdi
"Futboldan başı çıxmayan iki adam..." - Kloppdan sərt sözlər
Keyn mundiallar tarixinə belə düşdü
Seneqal millisinin liderləri arasında münaqişə
Azərbaycan klublarının avrokuboklar mövsümü başlayır
İngiltərə millisinin futbolçusu qələbə sevincində zədələndi
Bellinqem "ən yaxşı" seçildi
Bombardirlik yarışında “amansız mübarizə”
“Vikinq gəmisi” dayanmır! - Video
DÇ-2026: 1/4 finalın ilk iki cütü müəyyənləşib
Haaland matçın ən yaxşısı seçildi