“Səbail” yaxşı komandadır, xüsusilə, hücumda güclüdürlər. Heyətlərində əsasən də sağ cinahda sürətli futbolçuları var. Bu komanda "Universitatya Krayova" üçün asan rəqib deyil. Çox azarkeşi olmadığına görə onlar üçün evdə və ya səfərdə oynamağın fərqi yoxdur".
Qol.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin rumıniyalı futbolçusu Adrian Skarlatake ölkəsini təmsil edən "Universitatya Krayova"nın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan "Səbail" haqda danışarkən deyib.
Ölkəsinin mətbuatına danışan 32 yaşlı müdafiəçi hər iki komandanın şanslarının bərabər olduğunu söyləyib: "Bakı yaxşı yerdir, orada heç bir problem yoxdur. Ancaq matç zamanı hava çox isti olacaq. Bundan başqa, meydan süni örtüklü olduğu üçün çətin olacaq. Fikrimcə, şanslar demək olar ki, bərabərdir. Məncə, "Universitatya Krayova" ilə oyunlar “Səbail” üçün çətin olacaq. Onların avrokubokda ilk ilidir. Bu, təcrübəsi olmayan yeni komandadır. Ancaq Bakıda havanın isti olması və süni örtüklü meydan Rumıniya klubuna problem yaradacaq. Krayovada rumınların daha böyük şansı olacaq. Matça baxmağa gələcəyəm. Ümid edirəm ki, məşqi də izləyə biləcəyəm”.
Skarlatake Rumıniyanın 2 klubundan təklif aldığını, ancaq karyerasını Azərbaycanda davam etdirməyə qərar verdiyini də söyləyib: “Burada stabilliyim var, özümü yaxşı hiss edirəm və başqa klubla yeni müqavilə haqda düşünmürəm".
Qeyd edək ki, “ASCO Arena”da keçiriləcək “Səbail” -"Universitatya Krayova" oyunu iyulun 11-i yerli vaxtla saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab görüşü isə iyulun 18-də Krayovada olacaq.
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər
PSJ-nin qapıçısı Portuqaliya klubuna keçdi
"Qərar hansı əsasla ləğv edildi?" - Tomas Tuxel
"Milan"ın oyunçusu sıradan çıxdı
Millinin baş məşqçisindən rəqib oyunçuya qeyri-etik ifadə
"Sumqayıt"ın rəqibləri bilindi
"Üzərimizdə böyük məsuliyyət var" - Valdas Dambrauskas
Arne Slot Niderland millisinin baş məşqçisi ola bilər
Musiala əməliyyat olundu
Felipe Luisin təyinatı açıqlandı - Rəsmi
15 gün əvvəl müqaviləni yenilədiyi "Qəbələ"dən ayrıldı
“Zirə”nin rəqibindən transfer
“Kamilo Duranın transfer danışıqlarında irəliləyiş var”
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Premyer Liqa klubunda yeni baş məşqçi
“Tottenhem” tarixinin ən bahalı transferi oldu
“Zirə” - “Torpedo” oyununun biletləri satışa çıxarılır
TNS-in baş məşqçisindən "Sabah" haqda - Açıqlama
Norveç şahzadəsi Haalandla görüşdü
Belçika Futbol Assosiasiyası FİFA-nın qərarından şoka düşüb
Azərbaycandan getdi, Tayland klubuna keçdi
"Futboldan başı çıxmayan iki adam..." - Kloppdan sərt sözlər
Keyn mundiallar tarixinə belə düşdü
Seneqal millisinin liderləri arasında münaqişə
Azərbaycan klublarının avrokuboklar mövsümü başlayır
İngiltərə millisinin futbolçusu qələbə sevincində zədələndi
Bellinqem "ən yaxşı" seçildi
Bombardirlik yarışında “amansız mübarizə”
“Vikinq gəmisi” dayanmır! - Video
DÇ-2026: 1/4 finalın ilk iki cütü müəyyənləşib
Haaland matçın ən yaxşısı seçildi