Bu gün Azərbaycanın daha bir neçə idmançısı Belarusun paytaxtı Minskdəki II Avropa Oyunlarında mübarizəyə başlayacaq.
“Qafqazinfo” xəbər verir ki, cüdo, boks, gimnastika, stend atıcılığı və sambo növlərində çıxış edənlər ikinci yarış günündə qüvvələrini sınayacaq. Öncə günün erkən saatlarında stend atıcılığında Əli Hüseynli mübarizəyə qoşulacaq.
Daha sonra samboçular medal qazanmağa cəhd göstərəcəklər. Mehman Xəlilov (57 kq) belaruslu Burds Vladislavla, Emil Həsənov (68 kq) rumıniyalı Soke Laslo-Joltla, Ceyhun Hüseynov (82 kq) gürcüstanlı Berulava Besarioni ilə, Gözəl Zutova (72 kq) isə fransalı Laroz Camiylə üz-üzə gələcək. İdmançıların hamısı yarışa 1/4 finalda start verəcək.
Cüdoçuların mübarizəsində də ilk günün qalibləri bəlli olacaq. Qadınlardan Aişə Qurbanlı (48 kq) rumıniyalı Aleksandra Popu, Gültac Məmmədəliyeva və Larisa Aleksandra Florian (hər ikisi 52 kq) müvafiq olaraq, finlandiyalı Katri Kakko və polşalı Karolina Pienkovskanı, İçinxorloo Munxtsedev (57 kq) gürcüstanlı Eteri Lipartelianini sınağa çəkəcək.
Kişilərdən Orxan Səfərov və Kəramət Hüseynov (hər ikisi 60 kq) müvafiq olaraq, David Starkel (Sloveniya) və Matyaj Trboviç (Sloveniya), Nicat Şıxəlizadə (66 kq) ukraynalı Boqdan Yadovla güləşəcək.
Azərbaycan boksçularından isə daha 4-ü ikinci yarış günündə rinqə çıxacaq. Cavid Çələbiyev (60 kq) Nikola İvkoviçlə (Bosniya və Herseqovina), Lorenso Sotomayor (69 kq) Qurgen Madoyanla (Ermənistan), Kamran Şahsuvarlı (75 kq) Giorgi Harabadze (Gürcüstan), Alfonso Dominges (81 kq) isə ukraynalı Stepan Qrekulla döyüşəcək.
Bu gün 3 gimnast da mübarizəyə başlayacaq. Bədii gimnastikada Zöhrə Ağamirova, akrobatikada isə Ruhidil Qurbanlı və Abdulla Əl-Məşeyxi bacarıqlarını nümayiş etdirəcək.
Qeyd edək ki, ilk yarış günündə boksçulardan Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) ilk görüşlərində məğlub olaraq mübarizəni dayandırıb. Tayfur Əliyev (56 kq) isə qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. Ölkənin kamandan oxatma növündə yeganə təmsilçisi Ozay Qasımova isə 1/32 finala vəsiqə qazanıb.
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər
PSJ-nin qapıçısı Portuqaliya klubuna keçdi
"Qərar hansı əsasla ləğv edildi?" - Tomas Tuxel
"Milan"ın oyunçusu sıradan çıxdı
Millinin baş məşqçisindən rəqib oyunçuya qeyri-etik ifadə
"Sumqayıt"ın rəqibləri bilindi
"Üzərimizdə böyük məsuliyyət var" - Valdas Dambrauskas
Arne Slot Niderland millisinin baş məşqçisi ola bilər
Musiala əməliyyat olundu
Felipe Luisin təyinatı açıqlandı - Rəsmi
15 gün əvvəl müqaviləni yenilədiyi "Qəbələ"dən ayrıldı