İyunun 21-də ikinci Avropa Oyunlarının birinci günündə kişi boksçuların yarışları start götürüb.
Qol.az "Azərtac"a istinadən verir ki, boksçularımızdan ilk olaraq Tayfur Əliyev (56 kq) mübarizəyə başlayıb. O, onaltıdabir finalda bolqarıstanlı Boyan Asenova 3:2 hesabı ilə qalib gəlib.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, Gənclər və İdman naziri Azad Rəhimov və nümayəndə heyətimizin üzvləri boksçumuzun qarşılaşmasına baxıblar.
Səkkizdəbir finalda Tayfur Əliyevin rəqibi ukraynalı Mikola Butsenko olacaq. Həmin qarşılaşma iyunun 24-də keçiriləcək.
Xatırladaq ki, Oyunların birinci günündə rinqə çıxacaq digər iki boksçumuz Rahil Məmmədov (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) da Bolqarıstan idmançıları ilə qarşılaşacaqlar. R.Məmmədovun rəqibi Radoslav Panteleyev, M.Abdullayevin rəqibi isə Petar Belberov olacaqlar.
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
“Belə hallara yol vermək olmaz” - Kurban Berdiyev
"Real" satılacaq, ya yox?