"Mançester Yunayted" aparıcı futbolçusu Pol Poqbanı komandada saxlamaq niyyətindədir.
Qol.az-ın "Daily Mail" nəşrinə istinadən yaydığı xəbərə görə, mankunyanlar bu məqsədlə fransalı yarımmüdafiəçinin 290 min funt-sterlinq olan məvacibini 2 dəfəyə yaxın artırmağa hazır olduğunu bildirib. Klub rəhbərliyi 26 yaşlı oyunçuya həftəlik 500 min funt-sterlinq təklif edib. Əgər Poqba komandada qalmağa razılıq versə, Aleksis Sançeslə birlikdə "qırmızı şeytanlar"ın ən yüksək ödənişli futbolçusu olacaq.
Qeyd edək ki, Poqba ilə "Real", PSJ və "Yuventus" yaxından maraqlanır. Futbolçu özü isə "kral klubu"nda oynamaq istəyir.
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər
PSJ-nin qapıçısı Portuqaliya klubuna keçdi