“Qəbələ” yeni mövsümün hazırlığına start verib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "qırmızı-qaralar” bu gün Qəbələ şəhər stadionunda bir araya gəlib. 2019/20 mövsümünə hazırlıq çərçivəsində keçirilən ilk məşq iki hissədən ibarət olub. Öncə futbolçular fiziki hazırlıq keçiblər. Ardınca komanda üzvləri meydanda məşq ediblər. Sənan Qurbanovun rəhbərliyi altında baş tutan hazırlıqda əsasən toplu çalışmalar yerinə yetirilib. Komanda növbəti məşqini sabah axşam saatlarında gerçəkləşdirəcək.
Xatırladaq ki, yeni mövsümə hazırlığın ilk mərhələsi iyunun 29-dək davam edəcək. Həmin gün “Qəbələ” Bakıda “Zirə” ilə yoxlama oyunu keçirəcək.
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər