"Atletiko" heyətinə daha bir futbolçu cəlb etməyə yaxındır.
Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, Madrid klubu "Benfika"nın hücumçusu Joao Feliksi almaq üzrədir. La Liqa təmsilçisinin 19 yaşlı oyunçu üçün təzminat qiyməti olan 120 milyon avro ödəyəcəyi bildirilib. Xəbərdə Feliksin "Mançester Siti"ni təklifini rədd edərək, "Atletiko"ya keçməyə razılıq verdiyi vurğulanıb.
Qeyd edək ki, Feliks ötən mövsüm 43 matçda 20 qol vurub, 11 qolun ötürməsini verib.
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər