Avro-2020-nin seçmə mərhələsində sabah yığmamızla qarşılaşacaq Slovakiya yığmasının kapitanı Marek Hamşik yerli mətbuata müsahibə verib.
Qol.az xəbər verir ki, təcrübəli yarımmüdafiçi millimizlə oyunla bağlı sualları da cavablandırıb.
- Azərbaycanı necə bir rəqib kimi qəbul edirsiniz?
- Aşağı səbətdə daha asan rəqiblər var idi. Futbol irəliyə doğru gedir və bu komandalar artıq hər kəsə çətinlik yarada bilərlər. İsti və rütubətli havada oynayacağıq. Rəqib komanda öz meydanında çıxış edəcək. Əlbəttə çətin bir matç olacaq.
- Bəzi futbol mütəxəssisləri hesab edir ki, Azərbaycanla görüşdə büdrəyən komanda Avropa çempionatına vəsiqəni itirəcək. Siz necə düşünürsünüz?
- Hiss edirəm ki, bu oyun bizim üçün açar rolunu oynayacaq, yəni çox əhəmiyyətli olacaq. Bura üç xal qazanmağa gəlmişik. Öz səviyyəmizi ortaya qoymalıyıq.
- Futbolçuların uzun və yorucu mövsümdən sonra bu görüşdə çətinlik çəkəcəyindən qorxmursunuz ki?
- Bu müddətdə kimin oynamasının bizim üçün bir fərqi yoxdur. Bəli, bəzi futbolçuların istirahət etmək üçün yetərli qədər vaxtı olmadı. Bu səbəbdən indiki məqamda evdə oynamaq bizim üçün daha asan olardı.
- Azərbaycan dünya çempionatının gümüş mükafatçısı Xorvatiyaya səfərdə 1:2 hesabı ilə uduzub. Siz qarşıdakı oyundan nə gözləyirsiniz?
- Baş məşqçi Pavel Hapal bizə dedi ki, bunu düşünüb işimizi çətinləşdirməməliyik, başımız dik mübarizəmizi aparmalıyıq. Baş məşqçinin tapşırıqlarına əməl etməyə çalışacağıq. Sürətli və sadə oynamağımızı istəyib.
- Azərbaycanla Slovakiyanın oyunlarını xatırlayırsınız?
- Millidə çox matçda iştirak etməyimə baxmayaraq, onlara qarşı hələ oynamamışam. Keçmişi unutmaq lazımdır, çünki futbol dəyişir. Bu oyunda cəmi 1 qol da ola bilər və biz qalib gəlmək istəyirik.
- Şkrtel, Huboçan və Nemetsin yerini doldurmaq çətin olacaq.
- Əlbəttə. Onlarla 10 ildi bu komandada çıxış edirik. Belə bir şeyi unutmaq mümkün deyil. Ancaq gənclərin bir-birilərini yaxşı tanımaları sevindiricidir. Çox yaxşı oyun qururuq.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”