“Yaxşı nəticəyə ümidli idik. Komandamız həm ümid, həm də xoşbəxtlik vermək üçün buradadır. Bunu həyata keçirmək hamımızı qürurlandırır. Azarkeşlərimiz möhtəşəm idi. Belə atmosferdə oynamaq daha xoş olur".
Qol.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020-nin seçmə mərhələsində evdə Fransanı məğlub etdikləri (2:0) oyundan sonra mətbuat konfransında deyib.
Son dünya çempionları üzərində qələbəni şərh edən təcrübəli mütəxəssis komandasının ulduzların yer aldığı kollektivə qarşı inamlı və intizamlı oynadığını bildirib: "Rəqibimiz güclü olduğu üçün motivasiyamız yerində idi. Dünya ulduzlarının cəmləşdiyi bir komandanı udduq. Onların səviyyəsində deyilik. Biz sadəcə, matçı qazandıq. Hesab fərqli də ola bilərdi. Oyunun əvvəlindən sonuna qədər intizamlı oynadıq. Həyacanımız, coşğumuz normal idi.
Keçmiş statistikalar artıq geridə qaldı. Bəli, bu rəqib uzun zamandır uduzmurdu, ancaq hamısı bitdi, bunlar sadəcə söhbətlərdir. Üç xal qazandıq, liderik. İslandiyaya qalib gəlsək və ya heç-heçə etsək, yerimizi qoruyarıq”.
Ş.Günəş möhtəşəm azarkeş dəstəyinin sayəsində güclü rəqibə qalib gəldiklərini qeyd edib: "Dünyanın harasında olursa olsun, Türk insanın komanda ilə eyni hissdə olduğunu bilirəm. Dua, qeyrət, ümid – meydanda bir ssenari idi. Azarkeşlərin isti münasibəti, möhtəşəm dəstəyi çox köməyimiz oldu, rəqib təzyiq altına düşdü. Bu, hər zaman belədir. Türkün birləşərək bacarmadığı iş yoxdur. Bu işin idman prinsiplərindən başqa, mental tərəfi də var. İstədiyimiz oyunu göstərə bilsək, hər işi bacaracağımızı düşünürəm. Buna görə də Avropa çempionatına getməliyik. Dünya çempionatına da qatılmalıyıq. Hələ işin başlanğıcındayıq. Bu, bizim ortaq hədəfimiz, xəyalımızdır".
Xatırladaq ki, Avro-2020-nin seçmə mərhələsində hər üç oyunda qalib gələn Türkiyə millisi 9 xalla qrup lideridir.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi
Litvada şəhidlərin xatirəsi yad edildi - Şəkillər
Litva - Azərbaycan oyunu bu kanalda
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
“Mançester Siti” rəhbərliyi istefaya gedə bilər
İspaniya millisi 39 oyundur uduzmur
Tuhel: “Bu qədər səhvə yol verməyimizi başa düşmürəm”
İngiltərə uduzdu, Xorvatiyadan qələbə
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər