Macarıstan yığmasının baş məşqçisi Marko Rossi Avro-2020-nin seçmə mərhələsində millimizə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç haqda fikirlərini bildirib.
- Bəzi epizodlarda əziyyət çəkdik. İlk hissədə belə anlar oldu. Amma ikinci hissəni daha yaxşı keçirdik. İkinci hissədə qol imkanları yaratdıq və dəyərləndirdik. Bundan sonra da çoxlu qol şansımız oldu. İki top fərqi ilə önə keçəndən sonra daha ehtiyatlı oynamağa başladıq və növbəti matç barədə fikirlər yarandı.
Oyunun sonunda nə baş vermişdi?
- Oyun ərzində texniki zonanı iki dəfə istəmədən keçmişəm. Həmin epizodda aut bizim lehimizə verilməli idi. Futbol elə oyundur ki, hər an hər şey baş verə bilər. Hakimlər də başa düşməlidirlər ki, biz teatrda və ya tennis oyununda deyilik. Futbol çox emosional oyundur.
- Azərbaycan millisi sizin gözlədiyinizdən yaxşı, yoxsa pis oynadı?
- Komandanız məni təəcübləndirmədi. Rəqibin oyuna köklənməsi yaxşı idi. Azərbaycanlı futbolçular hər top uğrunda döyüşürdülər. İlk hissədə təkbətək mübarizədə üstün idilər. İsrafilovsuz 4-2-3-1-lə, Nazarovla oynayacaqlarını düşünürdüm. Nazarov və Mədətovla təhlükəli olacaqlarını düşünürdüm. Həmin cinahdakı müdafiəçimiz yaxşı oynadı.
- Oyunu izləyənlər arasında Macarıstanın baş naziri də var idi. Matçdan sonra o, sizinlə görüşdümü?
- Xeyr, görüşməmişəm. Federasiya rəhbərinin burda olduğunu bilirdim. Amma baş naziri görməmişəm.
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
“Belə hallara yol vermək olmaz” - Kurban Berdiyev
"Real" satılacaq, ya yox?