Ruslan Abışov "Neftçi"dən ayrılmaq istəyir.
Futbolçunun yaxın ətrafından Qol.az-a bəlli olub ki, 31 yaşlı müdafiəçi karyerasını başqa klubda davam etdirmək niyyətindədir. Buna səbəb onun ehtiyatda oturmaq istəməməsidir.
Sportinfo.az saytı isə yazıb ki, "Qəbələ"dən Voislav Stankoviçi transfer edən "ağ-qaralar" mövsümün sonunda "Qarabağ"dan ayrılan Yakub Jezniçakı da heyətinə qatmaq fikrindədir. Polşalının da keçidi alınsa, onda Stankoviç, Kiril Petrov və Mamadu Mbodjla birlikdə "Neftçi"də əcnəbi mərkəz müdafiəçilərinin sayı 4-ə çatacaq. Onların kölgəsində qalmaq istəməyən Ruslanın məhz bu səbəbdən komandadan getmək istədiyi bildirilir. Futbolçunun sabah "Neftçi"nin baş məşqçisi Roberto Bordinlə görüşündən sonra məsələyə tam aydınlıq gələcək.
Artıq Abışovun xidmətində maraqlı olan klublar da var. "Qarabağ" və "Səbail"dən başqa, Premyer Liqanın bir neçə təmsilçisi təcrübəli futbolçuya təklif göndərib. Ancaq Ruslanın hələlik seçim etmədiyi deyilir.
Qeyd edək ki, 2003-2012-ci illərdə "Neftçi"nin formasını geyinən Ruslan daha sonra "Xəzər Lənkəran", "Rubin", "Qəbələ" və "İnter" kimi komandalarda oynayıb. Müdafiəçi 2017-ci ildə yenidən "ağ-qaralar"a qayıdıb.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”