"Real" Hazardın transferini açıqladı

"Real" Hazardın transferini açıqladı
DÜNYA FUTBOLU 8 İyun 2019 / 00:43 6153
-  A +

"Çelsi"nin futbolçusu Eden Hazardın "Reala" keçidi rəsmiləşib.

Qol.az xəbər verir ki. bu barədə Madrid klubunun saytı məlumat yayıb. Belçikalı yarımmüdafiəçi ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.

Bu transfer üçün "Real"ın London təmsilçisinə nə qədər ödəməsi haqda rəsmi məlumat yoxdur.

Qeyd edək ki, 2012-ci ildən "Çelsi"də çıxış edən Hazard ümumilikdə 352 oyuna 110 qol vurub. O, paytaxt klubu ilə son titulunu finalı Bakıda keçirilən Avroliqa turnirində qazanıb.

Dünya Çempionatı 2026
Son xəbərlər
07.07.26  12:19

16 il sonra yenidən...

topaz banner