"Artıq 3 həftədi bir yerdəyik. Son 5 gündə daha 2-3 oyunçu bizə qoşuldu. Futbolda hər şey mümkündür. Erkən qol da buraxa bilərik. Amma neqativ düşünmək istəmirəm. Pozitiv olmalıyıq. Qapımızda ilk qolu görsək, çalışacağıq ki, əvəzini çıxaq. Yaxşı çıxış etmək istəyirik".
Qol.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsində sabah Macarıstanla keçiriləcək matç üçün təşkil olunanan mətbuat konfransında deyib.
- Qapını Səlahət Ağayevə tapşıracağınıza işarə vurmuşdunuz. Emil Balayev yaxşı formada olarkən niyə məhz Səlahətə üstünlük verirsiniz?
- Bu suala cavab vermək çox asandır. Səlahət ilk görüşü yüksək səviyyədə keçirmişdi. Emil də yaxşı qapıçıdır. Amma Səlahətə güvənirik.
- U-21 millimizin dünən seçmə mərhələ çərçivəsində Lixtenşteynə məğlubiyyəti sizə necə təsir etdi?
- Sabahkı oyunumuza bunun təsiri olmayacaq. Mənim üçün ağır məğlubiyyət oldu. Erkən qol futbolçulara mənfi təsir etdi. Amma ümumilikdə komanda oyunu yüksək səviyyədə keçirdi. Topa daha çox sahib idi. U-21 komandamız yaxşı oyunçulara malikdir. Onların gələcəkdə uğurlu çıxış edəcəyinə inanıram.
- Macarıstan hücum futbolu oynayan komandadır. İlk dəqiqələrdə qol buraxsanız, bunun əvəzini çıxmaq nə dərəcədə mümkün olacaq?
- Futbolda hər şey mümkündür. Əlbəttə, qol buraxa bilərik. Amma istərdim pozitiv düşünüm. Sabah yaxşı oyun sərgiləməyə çalışacağıq. İlk qolu buraxsaq, bunun əvəzini çıxmaq üçün əlimizdən gələni edəcəyik.
- Xorvatiya ilə görüşdə millimizin itirəcəyi heç nə yox idi və bu, yaxşı oyun sərgiləməyimizə səbəb oldu. Sabahkı qarşılaşmadan isə hər kəs qələbə gözləyir. Bu amil sizin və oyunçuların üzərində təzyiq yaratmır?
- Əlbəttə, fərqli oyunlardır. Xorvatiya ilə matçdan razı qalmışdım. Komanda kompakt şəkildə çıxış etdi. Sabah evdə oynayacağıq və daha çox hücum etməyə çalışacağıq. Balanslı oyunla çox qol şansları gözləyirəm.
- Start heyətini müəyyənləşdirmisinizmi?
- Xeyr. Çünki yekun qərarı verməmişəm. Həll etməli olduğum bəzi məsələlər var. Xorvatiya ilə oyundakı heyətin 8-9 üzvü meydanda ola bilər.
- Dediniz ki, U-21 yığması düzgün yoldadır. Sizcə, məğlubiyyət düzgün yol deməkdir?
- Məğlubiyyətdən də müsbət məqamlar çıxarmaq olar. Hansı ki, bu gələcəkdə xeyirli ola bilər.
- Macarıstan Bakıya 3 xal üçün gəlir...
- Macarıstan çox güclü komandadır. Bir neçə oyunçuları Bundesliqada çıxış edir. Rəqibə hörmətlə yanaşırıq. Sabah müdafiədə oturmayacağıq. Müdafiə ilə hücum arasında balans yaratmağa çalışacağıq. Müdafiədə Xorvatiyaya qarşı olduğu kimi oynayacağıq. Eyni zamanda hücumda da kəsərli olmaq istəyirik.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”