UEFA-dan Cüneyt Çakıra təyinat

UEFA-dan Cüneyt Çakıra təyinat
ÖLKƏ FUTBOLU 5 İyun 2019 / 20:59 5084
-  A +

Türkiyəli referi Cüneyt Çakır Avro-2020-nin seçmə mərhələsinin oyunlarına təyinat alıb.

Qol.az-ın Türkiyə Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, o, D qrupunun Danimarka - İrlandiya görüşünün baş hakimi olacaq. Ona Bahattin Duran və Tarık Ongün köməklik edəcək. Dördüncü hakim funksiyasını Hüseyn Göçek yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma iyunun 7-i Bakı vaxtı ilə 23:45-də başlayacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
07.07.26  12:19

16 il sonra yenidən...

topaz banner