Azərbaycan milli komandası Macarıstan və Slovakiya ilə AVRO-2020-nin seçmə oyunları ərəfəsində növbəti məşqə çıxıb.
Qol.az-ın məlumatına görə, hazırlıq prosesi Bakının Mərdəkan qəsəbəsindəki milli komandaların təlim-məşq bazasında gerçəkləşib.
Məşqə AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvləri qatılıblar.
Rövnəq Abdullayev deyib ki, bir neçə gün əvvəl Bakıda böyük bayram oldu və Avropa Liqasının finalı ölkəmizdə keçirildi. "Biz istəyirik ki, komandamız Avropa çempionatında iştirak etsin. Bu da siz futbolçuların əlindədir. İnanıram ki, biz bunu bacaracağıq. Bizim belə bir devizimiz var: "Niyə də yox?!" Hər şey öz əlimizdədir. Mən də çalışacağam ki, qələbədən sonra birlikdə sevinək. Qarşıdakı oyunlarda qələbə qazanmalıyıq. Qələbələr həm sizin karyeranızda böyük rol oynayacaq, həm də bizi sevindirəcək".
Milli komandanın hazırkı kapitanı Maksim Medvedev AFFA-nın prezidentinə təşəkkür edib. O, kollektivdə əhval-ruhiyyənin yüksək səviyyədə olduğunu deyib: "Biz də qarşıdakı matçı səbirsizliklə gözləyirik. Çalışacağıq ki, ən yaxşısını edək. Azarkeşlərimizi doğma meydanda sevindirmək istəyirik. Hər şey qaydasındadır. Ayın 8-də sözümüzü deyəcəyik" .
Qeyd edək ki, Azərbaycan millisi iyunun 8-də Macarıstan, iyunun 11-də Slovakiya yığması ilə qarşılaşacaq. Hər iki görüş "Bakcell Arena"da keçiriləcək ("Report").
Yuxarı
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”