"Avropa Liqasının finalı yüksək səviyyədə təşkil edildi. Çünki Azərbaycan 25 ildir dünya səviyyəli iclas, yarışların hamısından üzüağ çıxıb".
Qol.az-ın "İhlas" Xəbər Agentliyinə istinadən yaydığı xəbərə görə, bunu Türkiyə Milli Olimpiya Komitəsinin (TMOK) üzvü, professor doktor İbrahim Öztek deyib.
O, "Azərbaycanda təşkil edilən bir çox yarışa, xüsusən də, futbol oyunlarına Türkiyədən çox sayda azarkeş getdiyini söyləyib: "Bunda Azərbaycanın Türkiyə üçün tətbiq etdiyi sadələşdirilmiş vizanın önəmi böyükdür.Bundan başqa, məskunlaşmaqda da heç bir problem yaşanmır. Avropa Liqasının finalı üçün dünyanın bir çox yerindən azarkeş Bakını doldurdu. Stadionu, bazası və otelləri ilə Bakının ən qısa zamanda Olimpiadaya namizədlikdə də əksər ölkələri geridə qoyacağına əminəm. 2015-ci ildə ilk dəfə təşkil edilən Avropa Oyunları, ardınca Bakı küçələrinə səs salan "Formula-1", İslam Həmrəyliyi Oyunları ilə Qafqazın ulduzu olan Azərbaycan 2000-ci ildən bəri 40-a yaxın yarış təşkil edərək, çox böyük addımlar atdı. Sırada Avro-2020-dir. Ən azı 50 ölkənin qatılması ilə bu yarışlar mədəniyyət, sosial və turistik cəhətdən tanınmağa şərait yaratdı, Bakıya rəng qatdı".
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
“Belə hallara yol vermək olmaz” - Kurban Berdiyev
"Real" satılacaq, ya yox?