Eddi millinin heyətindən çıxarıldı

Eddi millinin heyətindən çıxarıldı
ÖLKƏ FUTBOLU 30 May 2019 / 16:29 5290
-  A +

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində iyunun 8-də Macarıstan və iyunun 11-də Slovakiya yığması ilə qarşılaşacaq, bu oyunlara hazırlığını Bakıda davam etdirən Azərbaycan millisinin heyətində dəyişiklik olub.
 
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, klubunun son matçında zədələnən və həkim müayinəsinin nəticəsinə əsasən 4 həftə oynamayacaq Eddi İsrafilov millinin  toplanışında iştirak edə bilməyəcək.
 
Komandaya əlavə futbolçu dəvət olunmyacaq və milli rəsmi oyunlara hazırlığını 26 futbolçu ilə davam etdirəcək.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner