Çempionlar Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq bütün klubların adı və püşkatmaya qatılacağı səbəti bəlli olub.
Bu, həm də startı bu raunddan verəcək 31 komanda arasında olan Azərbaycan təmsilçisi “Qarabağ”ın da potensial rəqiblərinin dəqiqləşməsi deməkdir.
Ağdam klubunun I təsnifat mərhələsindən başlayacaq bütün mümkün rəqibləri bəllidir. Səpələnmişlər sırasında yer alan təmsilçimiz səpələnməmişlər səbətindən bir komanda ilə qarşılaşacaq ki, orda da yalnız ilkin mərhələdən gələcək kollektiv müəyyənləşməyib.
Qaydalara görə, I təsnifat mərhələsinin səpələnməmişlər səbətində yer alan Ermənistan çempionu “Pünik” siyasi səbəblərə görə “Qarabağ”a rəqib ola bilməz, səpələnmişlər səbətində yer alan qalan 14 komanda isə potensial rəqibdir:
Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər: “Seltik” (Şotlandiya), BATE (Belarus), “Astana” (Qazaxıstan), “ludoqorets” (Bolqarıstan), “Qarabağ” (Azərbaycan), “Maribor” (Sloveniya), “Srvena Zvezda” (Serbiya), “Şerif” (Moldova), “Rusenborq” (Norveç), HİK (Finlandiya), “Dandalk” (İrlandiya), “Düdelanj” (Lüksemburq), “Şkendiya” (Makedoniya), TNS (Uels), “Slovan” (Slovakiya), AIK (İsveç)
Səpələnməmişlər: “Suduva” (Litva), “Sarayevo” (Bosniya və Herseqovina), “Valletta” (Malta), “Pyast” (Polşa), “Pünik” (Ermənistan), “ÇFR Kluj” (Rumıniya), “Ferensvaroş” (Macarstan), “Nomme Kalyu” (Estoniya), “Sutyeska” (Monteneqro), “Partizani” (Albaniya), “Valyur” (İslandiya), “Linfild” (Şimali İrlandiya), “HB Torsxavn” (Farer adaları), “Riqa” (Latviya), “Saburtalo” (Gürcüstan), ilkin mərhələnin qalibi
İlkin mərhələ
Səpələnmişlər: “Linkoln” (Cəbəllütariq), “Santa Koloma” (Andorra)
Səpələnməmişlər: “Feronikeli” (Kosovo), San-Marino çempionu
Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-19-da keçiriləcək (futbolpress.az).
32 il sonra ilk dəfə...
Fərid Nəbiyev "İmişli"də
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?
Dambrauskas: “Bizi çətin səfər gözləyir”
İsveçrə - Kolumbiya: Heyətlər
Argentina - Misir matçının ən yaxşısı seçildi
“Sabah” bizi yordu” - TNS-in baş məşqçisi
Messi iki rekorda imza atdı
“Sabah” ÇL-dəki debütündə qələbə qazandı
"Şəfa"nın hazırlıq planı dəyişdi
İlk təklif rədd edildi, "Qalatasaray" məbləği artırdı
"Real"ın zədəli futbolçusundan xəbər var
Messidən gözlənilməz antirekord
Luis Enrike göz yaşlarını saxlaya bilmədi - Video
“İmişli”də yeni məşqçi təyinatı
"Həyatımın mühüm bir səhifəsi bağlanır"