“Zirə” Konfrans Liqasında mübarizəyə başlayır

“Zirə” Konfrans Liqasında mübarizəyə başlayır
KONFRANS LİQASI 8 İyul 2026 / 08:16 673
-  A +

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçilərindən olan “Zirə” bu gün yarışda mübarizəyə başlayır.

QOL.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda birinci təsnifat mərhələsində Gürcüstanın “Torpedo” komandası ilə qarşılaşacaq. Kutaisi təmsilçisi 2025-ci ildə Gürcüstan yüksək liqasını 3-cü yerdə başa vuraraq  2026/27 mövsümü üçün KL-də oynamaq hüququ qazanıb.

“Zirə” - “Torpedo” matçı bu gün yerli vaxtla saat 20:00-da başlanacaq. Oyun Sumqayıtdakı “SOCAR Polymer Arena"da keçiriləcək.

8 iyul

20:00. “Zirə” (Azərbaycan) - “Torpedo” (Kutaisi, Gürcüstan)

Baş hakim: Yoni Hyuyutiya (Finlandiya)

Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 16-da Kutaisidə keçiriləcək.

Xatırladaq ki, Azərbaycanın KL-dəki digər təmsilçisi “Neftçi” isə yarışa ikinci təsnifat mərhələsindən başlayacaq.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
07.07.26  12:19

16 il sonra yenidən...

topaz banner