“Seltik” “Qarabağ”la razılığa gəldi

“Seltik” “Qarabağ”la razılığa gəldi
ÖLKƏ FUTBOLU 7 İyul 2026 / 17:31 1656
-  A +

Şotlandiyanın “Seltik” klubu “Qarabağ”ın hücumçusu Kamilo Duranın transferi ilə bağlı razılıq əldə edib.

QOL.az xəbər verir ki, bu barədə Şotlandiyanın “The Herald” nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, Qlazqo təmsilçisi 24 yaşlı kolumbiyalı futbolçunun keçidi üçün “Qarabağ”a 5,5 milyon funt sterlinq (6,4 milyon avro) ödəyəcək. Bu məbləğlə bağlı iddia təsdiqini tapsa, Duran Azərbaycan futbolu tarixində satılan ən bahalı oyunçu olacaq.

Daha öncə Britaniya mediası transfer baş tutacağı halda “Seltik”in “Qarabağ”a 3,5 milyon funt ödəyəcəyini yazmışdı.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner