Aprelin 23-də Azərbaycan kubokunda yarımfinal mərhələsi start götürəcək. Finala vəsiqə uğrunda dueldə “Qarabağ”la üz-üzə gələcək “Qəbələ” ilk oyununu evdə keçirəcək.
Qol.az-ın "Qəbələ"nin saytına istinadən yaydığı xəbərə görə, tarixində 7-ci dəfə yarımfinalda mübarizə aparan “qırmızı-qaralar” üç mövsümdə - bu mərhələni uğurla adlayıb. Ardıcıl 4-cü dəfə yarımfinal oynayacaq komandamız son iki mövsümdə finala yüksəlməyə nail olub.
Ağdam təmsilçisi ilə iki gün sonra keçiriləcək matç rəqiblər arasında 52-ci duel olacaq. 11 dəfə qalib gələn “Qəbələ” 17 heç-heçə edib və 23 dəfə uduzub. Rəqib qapısına 45 qol vuran komandamız 66 top buraxıb. Əvvəlki 51 oyundan 44-ü Premyer Liqa çərçivəsində keçirilibsə, 7-sisi Azərbaycan kubokuna təsadüf edib. 4 dəfə yolları kəsişən rəqiblər 1/4 finalda üç, finalda bir dəfə mübarizə aparıblar. Bu 7 matçdan beşində heç-heçə qeydə alınıb. Hərəyə bir qələbə qazanan komandaların kubok mübarizəsində “Qəbələ” 5, “Qarabağ” 6 qol vurub. Qəbələdəki üç matçın hamısında heç-heçə qeydə alınıb.
Xatırladaq ki, aprelin 23-də keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu saat 16:00-da başlayacaq.
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı