Kanadanın Toronto şəhərində bir qrup azərbaycanlı gənc “Qarabağ” adlı futbol klubu yaradıb.
Qol.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, klub 2018-ci ildə təsis olunub və ilk olaraq futbol komandasına 20 nəfər azərbaycanlı daxil olub. Komandanın qurulmasında böyük rolu olan Turqut Cabbarlı bu gün həm də məşqçi kimi fəaliyyət göstərir. Komandanın kapitanı isə Ceyhun Orucludur.
“Bu gün dünyanın dörd bir yanında azərbaycanlılar yaşayır və onların uğurlarının şahidi oluruq. Məsafəcə ölkəmizdən çox uzaq olan Kanadada, o cümlədən Torontoda məskunlaşan soydaşlarımız, buradakı Azərbaycan cəmiyyətinin üzvləri vaxtaşırı maraqlı tədbirlər təşkil edir, yaşadıqları cəmiyyətə inteqrasiya olmaq üçün yerli təşkilatlarla da sıx əlaqələr qururlar.
Kanadada yaradılan “Qarabağ” futbol klubunun fəaliyyəti də məhz o baxımdan əhəmiyyətlidir ki, futbol idman olsa da, həm də ideoloji oyundur. Məhz bu yolla xaricdəki soydaşlarımız bir-birinə daha da yaxınlaşa, bağlarını sarsılmaz edə və Azərbaycanı tanıda bilərlər” – deyə məlumatda qeyd edilir.
Bildirilir ki, futbol klubunu yaradan gənclər Kanadanın Vaterloo Universitetində təhsil alanda da “Qarabağ” adı altında futbol komandası yaradıb və həvəskar kimi çıxışlar ediblər.
Artıq yeni yaradılan “Qarabağ” 3 mindən çox üzvü olan “Toronto Soccer Connection” təşkilatının tərkibindəki liqaya qoşulub.
Klubun yaradıcıları ad üzərində düşünəndə, Azərbaycanın ən uğurlu klublarından biri olan “Qarabağ”ın adını öz klublarına da verməyə qərar verib və bunu ən doğru seçim hesab ediblər.
“Qarabağ” futbol klubu artıq Torontoda tanınır və indi komandaya Azərbaycan, Türkiyə, Fransa, İrlandiya, Albaniya, Yaponiya və başqa ölkələrdən gələn gənclər də daxildir.
“Klubun təmsilçiləri bildirirlər ki, “Qarabağ” futbol klubu təkcə ölkəni və milləti tanıtmaq üçün deyil, həm də icma daxilində qardaşlıq və əməkdaşlıq üçün bir vasitə rolunu oynayır. Artıq bu təşəbbüsümüz bizi Torontodakı başqa həmyerlilərimiz və futbolsevərlərlə birləşdirib. Bunun davamı olaraq biz yeni və fərqli təşəbbüslərlə də çıxış edəcəyik. Ümid edirik ki, hər bir addım bizim birliyimiz üçün dəstək rolunu oynayacaq” – deyə məlumatda qeyd olunur.
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər
“Mançester Yunayted”in ÇL üçün heyəti açıqlandı
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti
Avropada 16 klub üçün ilk - “Sabah” da siyahıdadır
“Liverpul”un yeni transferi kimdir?
“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov
"Neftçi"dən ayrılan Piriç bu kluba keçdi
İsveçrə millisinin üzvü "Torino"da
Türkiyəli mütəxəssis Azərbaycan millisindən getdi
"Sabahın Ulduzları": 8-ci tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Taliska "Fənərbaxça"dan getdi
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır