Milli komandamızın sabiq futbolçusu Badri Kvaratsxeliya hazırda icarə qaydasında Moskva “Lokomotiv”ində çıxış edən oğlu Xviça Kvaratsxeliya barədə danışıb.
Qol.az-ın xəbərinə görə, Rusiya mətbuatına müsahibəsində o yada salıb ki, karyerasını Azərbaycanda bitirib:
“Elə həmin vaxtlar (2005-ci il – red.) Xviça da futbol oynamağa başladı. O, ilk addımlarını küçə futbolunda atdı. Həmyaşıdları olan uşaqlarla topun dalınca qaçırdı. İlk peşəkar məşqlərinə isə Gürcüstanda başladı. Onun 8 yaşı olanda “Olimpik” Akademiyasına gətirdik. Sonra o, “Avaz”da oynadı, oradan isə 11 yaşı olan Tbilisi “Dinamo”suna dəvət aldı”.
Qeyd edək ki, atası kimi hücumçu olan X.Kvaratsxeliyanın 18 yaşı bu il fevralın 12-də tamam olub. “Rustavi” klubunun futbolçusu kimi icarə qaydasında “Lokomotiv”ə keçib. 2018/19 mövsümündə Rusiya Premyer Liqasında 3 oyunda meydana çıxıb.
Əlavə edək ki, Xviçanın atası Badri Kvaratsxeliya 1997-98-ci illərdə “Kəpəz”də, 1998-2005-ci illərdə isə “Şəmkir”də oynayıb. 2000-ci ildə Azərbayca milli komandasında çıxış edib.
Badri Kvaratsxeliya
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı