Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirinin qalibi müəyyənləşib.
Qol.az-ın məlumatına görə, hazırkı dünya çempionu norveçli Maqnus Karslsen sona bir tur qalmış rəqibləri üçün əlçatmaz olub. O, 8-ci turda Rusiya təmsilçisi Sergey Karyakini məğlub edərək xallarının sayını 6-a yüksəldib. İkinci yerdəki Karyakin isə 4,5 xalda qalıb.
Şəhriyar Məmmədyarov qara fiqurlarla autsayder Aniş Giri ilə heç-heçə edib. Teymur Rəcəbov isə cari turda Hindistan təmsilçisi Vişvanatan Anandla xalı yarı bölüb.
Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə də yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov birinci yeri tutub.
8 aprel
Teymur Rəcəbov (Azərbaycan) - Vişvanatan Anand (Hindistan) - 0,5:0,5
Aniş Giri (Hollandiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5
Veselin Topalov (Bolqarıstan) - Liren Dinq (Çin)
Sergey Karyakin (Rusiya) - Maqnus Karlsen (Norveç) - 0:1
Alekandr Qrişuk (Rusiya) - David Navara (Çexiya) - 1:0
Turnir cədvəli: 1. Maqnus Karlsen - 6 xal; 2-3. Sergey Karyakin, Aleksandr Qrişuk - 4,5 xal; 4-5. Vişvanatan Anand, Teymur Rəcəbov - 4 xal; 6-8. David Navara, Veselin Topalov, Liren Dinq - 3,5 xal; 9. Şəhriyar Məmmədyarov - 3 xal; 10. Aniş Giri - 2,5 xal
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı