Avropa çempionatının elit-raund mərhələsinə hazırlaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının fevralın 6-dan 9-dək Bakıda, ayın 10-dan 18-dək isə İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışı olacaq.
Qol.az-ın AFFA-nən rəsmi saytına istinadən yaydığı xəbərə görə, yığmamız hazırlıq prosesi çərçivəsində fevralın 12-də İspaniyanın, 2 gün sonra “Ranero” klubunun və fevralın 17-də Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə yoldaşlıq oyunları keçirəcək.
Artıq toplanışa dəvət olunmuş futbolçuların siyahısı açıqlanıb. Hazırlıq prosesinə 20 futbolçu çağırılıb:
Qapıçılar: Nicat Mehbaliyev ("Qarabağ"), Əkbər Vəliyev ("Keşlə"), Nail Alışov ("Neftçi")
Müdafiəçilər: İbrahim Hüseynov, Zamiq Əliyev, Rauf Hüseynli, (hamısı "Qarabağ"), Elnur İbrahimov ("Spartak-2", Moskva, Rusiya), Rüstəm Nuriyev, Vüsal Məsimov (hər ikisi "Qəbələ"), Zahid Mərdanov ("Sabah")
Yarımmüdafiəçilər: Tural Bayramov, Elvin Cəfərquliyev (hər ikisi "Qarabağ"), İdris İnqilablı ("Qəbələ"), Şakir Seyidov ("Sabah"), Turan Vəlizadə ("Neftçi"), Maksim Bayramov ("Arminiya", Almaniya), Murad Mahmudov ("FSV Frankfurt", Almaniya),
Hücumçular: Kamran Quliyev ("Jonova", Litva), Musa Qurbanlı ("Qarabağ"), Emil Qasımov ("Sabah"),
Qeyd edək ki, Murad Mahmudov və Maksim Bayramov komandanın düşərgəsinə fevralın 10-da qoşulacaq.
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
“Beşiktaş”ın matçında dava düşdü - Yenilənib
“Real”ın gənc futbolçusunu hədəfə aldılar
Məşq bazasında həbs olundu
“Tottenhem”də ciddi itki
Gəncədə qalib müəyyənləşmədi
“Beşiktaş”la derbidə oynaya bilər
“Sabah”la matçda zədələnən Baldedən xəbər var
“Mançester Siti”nin düşərgəsində ab-hava dəyişib?
Çempionlar Liqasında həftənin futbolçusu bəlli oldu
Azərbaycan millisi çempionata məğlubiyyətlə başladı
“Şahdağ Qusar" I dövrənin qalibi oldu
Obameyanq qəzaya düşdü
İspaniya, Fransa, İngiltərə...
FİFA kiberhücuma məruz qaldı
Misli Premyer Liqasında 13-cü turun hakimləri açıqlandı