"Mourinyo iddialı oğlandır" - Kloppdan dəstək

"Mourinyo iddialı oğlandır" - Kloppdan dəstək
XƏBƏR 18 Dekabr 2018 / 18:43 3378
-  A +

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Joze Mourinyonun "Mançester Yunayted"dən istefaya göndərilməsinə münasibət bildirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, həmkarına dəstək olan almaniyalı mütəxəssis onu tərifləyib:

"Joze iddialı və rəqabəti sevən oğlandır. Həm də inanılmaz dərəcədə bacarıqlı. Düşünürəm ki, son bir neçə ay ona xüsusi sevinc gətirmədi. İstefaya göndərilsə də, kimsə qazandığı uğurları onun əlindən ala bilməz".

Qeyd edək ki, bu gün istefaya göndərilən Mourinyo "Mançester Yunayted"in sükanı arxasında son oyununu səfərdə məhz "Liverpul"a qarşı keçirib və 1:3 hesabı ilə uduzub.

Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

25.04.26  15:39

Mbappe zədələndi

topaz banner