"Beşiktaş" məğlubiyyətdən qaçdı - 90+6-da

"Beşiktaş" məğlubiyyətdən qaçdı - 90+6-da
XƏBƏR 16 Dekabr 2018 / 22:56 3097
-  A +

Türkiyə Superliqasında 16-cı turun görüşləri keçirilir.

Qol.az-ın məlumatına görə, üçüncü oyun günündə daha 3 qarşılaşma keçirilib. "Yeni Malatyaspor" evdə "Antalyaspor"u, "Kayserispor" isə "Akhisar"ı məğlub edib. "Beşiktaş" - "Trabzonspor" oyununda isə qalib müəyyənləşməyib - 2:2.

Turnir cədvəlinə 34 xalla "Başakşəhər" başçılıq edir. 28 xalı olan "Yeni Malatyaspor" 2-ci, eyni - 26 xala malik "Beşiktaş" 3-cü, "Trabzonspor" 4-cüdür.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.


Türkiyə Superliqası, 16-cı tur

16 dekabr

"Yeni Malatyaspor" - "Antalyaspor" - 2:0
Qollar:
Xalid Butaib, 16 (1:0), 34 (2:0)

"Kayserispor" - "Akhisar" - 1:0
Qol:
Asamoa Qyan, 75

"Beşiktaş" - "Trabzonspor" - 2:2
Qollar:
Huqo Rodayeqa, 45 (0:1), Entoni Nvakaeme, 47 (0:2), Oqenyi Onazi, 57-avtoqol (1:2), Mustafa Pektemek, 90+6 (2:2)


17 dekabr

"Fənərbaxça" - "Ərzurumspor"

Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

25.04.26  15:39

Mbappe zədələndi

topaz banner