Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli DÇ-2020-nin seçmə mərhələsinin püşkatmasını dəyərləndirib.
Qol.az-ın məlumatına görə, Azərbaycan Futzal Federasiyasının saytına danışan qolkiper deyib: “Püşkatmanı izlədim. Hələ ki bir rəqibimiz dəqiqləşib. Slovakiya ilə artıq qarşılaşmışıq. 2015-ci ilin sentyabrında keçirilmiş oyunlardan Bakıda 3:1 hesabı ilə qələbə qazandıq, səfərdə isə 1:1 hesablı heç-heçə etdik. Bu komandanın karyeramda xüsusi yeri var. Çünki milli komandada debütüm məhz bu komanda ilə matçda baş tutdu. Qeyd etdiyim kimi, Bakıdakı oyunda qələbə qazansaq da, oyun kifayət qədər çətin keçdi. Ancaq milli karyerama qələbə ilə başlamağımın ayrı yeri var. Digər rəqiblərimiz ilkin mərhələdən vəsiqə qazanacaq. H qrupunun qalibi, G qrupunun ikincisi ilə gücümüzü sınayacağıq”.
R.Hüseynli kağız üzərində favorit olsaq belə, tələsməməyi vurğulayıb: “Ümumi dəyərləndirmə aparsaq, püşk tərəfimizdədir. Reytinqi, iştirak etdiyimiz yarışları, rəqiblərimizi göz önünə gətirdikdə, əlbəttə, biz qrupun aşkar favoriti hesab edilirik. Ancaq bu aysberqin üzdə olan tərəfidi. Futzal sürətlə inkişaf edir. Son illərdə qeydə alınan nəticələr də bunu göstərir. Ona görə də suallara meydanda aydınlıq gətiriləcək”.
Millinin qapıçısı ilkin mərhələdən əsas mərhələyə yüksəlmək ehtimalı olan komandalarla bağlı proqnozunu da açıqlayıb: “Moldova millisini favorit hesab edirəm. Həm də bu komanda bizə tanışdı. Ancaq son illərdə Finlandiya yığması da inkişafdadır. Məncə, ilk iki yer uğrunda mübarizə bu komandalar arasında gedəcək. Digər qrupda isə Hollandiya yığması aşkar favoritdir. Ancaq istisna da ola bilər. Əgər onlar ikinci yerlə vəsiqə qazansalar, bizim üçün yad rəqib olmayacaqlar. Dünya çempionatının play-off mərhələsində məhz onlarla qarşılaşmışdıq. Səfərdə 5:1 hesabı ilə məğlub etdiyimiz hollandlarla Bakıda 4:4 hesablı heç-heçə etmişdik. Estoniyanı da unutmaq olmaz. Ümumiyyətlə, Hollandiyanı çıxsaq, digər 3 komanda güc baxımından bir-birinə yaxındırlar”.
Millimizin “dişinə” uyğun rəqiblər olduğunu deyə Hüseynli əsas mərhələ ilə işləri yekunlaşdırmaq haqda deyil, Litvaya vəsiqə qazanmağı düşündüklərini də əlavə edib: “Rəqiblərimiz “dişimizə” uyğun komandalardı. Ancaq biz əsas mərhələ ilə kifayətlənmək istəmirik. Əsas işimiz elit-raunda da olacaq. Reqlamentə uyğun olaraq elit-raundun qalibləri birbaşa final, ikinci yeri tutan millilər isə pley-off oyunlarına vəsiqə qazanacaqlar”.
Qeyd edək ki, millimiz əsas mərhələnin üçüncü qrupunda Slovakiya, ilkin mərhələnin H qrupunun qalibi və G qrupunun ikincisi ilə qarşılaşacaq.
“Qəbələ” - “Araz-Naxçıvan” matçından - Video
Məğlubiyyətdən sonra baş məqşçi mətbuat konfransına gəlmədi
"Real"ın hədəfinə düşdü
"Tottenhem" ilin ilk qələbəsini qazandı
"Bunu deyə bilmərəm, müqaviləm mövsümün sonunda başa çatır"
"Neftçi"nin baş məşqçisi və hücumçusu derbini buraxacaq
Ramalinqomun dublu, "Sumqayıt"ın qələbəsi - Video
"Barselona" liderliyini möhkəmləndirdi
"Bavariya" 7 qollu matçdan üstün ayrıldı
"Rəhbərliklə danışdıq, gənclərə şans veriləcək" - Saşa İliç
Erkən qeyd edilən çempionluğu 1 qolla əldən verdilər - Video
“Neftçi” - “Qarabağ” oyununun hakimləri açıqlandı
Həm diskvalifikasiya, həm cərimə ilə üzləşdi
“Qəbələ” - “Araz-Naxçıvan”: Heyətlər
"Ayaks"dan gedir
Baş məşqçi: "Ən azından bir salam gözləyirdim"
"Qarabağ" və "Neftçi" birgə bəyanat yaydılar
Mbappe zədələndi
"İmişli" - "Sumqayıt": Heyətlər
"Real" ona qiymət qoydu
“Bütün Azərbaycan o komanda ilə fəxr edəcək” - Rui Jorje
“Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satıldı
Azərbaycanın 4 boksçusu dünya kubokunda yarımfinala yüksəldi
FİFA DÇ-2026-da İranı İtaliya ilə əvəzləcəkmi?
Azərbaycan güləşçisi üçün "qızıl" şansı
“Real” qələbəni belə əldən verdi - Video
“Hakim mənə dəfələrlə “rədd ol” dedi, sonra paltardəyişmə otağına çağırdı” - Yankoviç
“Napoli”dən darmadağın - Video