Dekabrın 10-da media nümayəndələri arasında 2019-cu il mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununa həsr olunmuş “İntellektual kubok” təşkil olunub. Tədbirdə jurnalistlərlə yanaşı futbol klubların mətbuat xidmətində çalışan əməkdaşlar da iştirak edib.
Qol.az-ın xəbərinə görə, Bakı Olimpiya Stadionunda keçirilmiş “İntellektual kubok”da 13 komanda mübarizə aparıb. 3 saata yaxın davam edən yarışda iştirakçılara Avropa Liqasının tarixi, maraqlı qarşılaşmalar və tanınmış futbolçularla bağlı müxtəlif suallar ünvanlanıb.
Gərgin mübarizə şəraitində keçən “İntellektual kubok” 13 mövzudan ibarət olub. Hər turda püşkatma nəticəsində təsadüfi seçilmiş 2 komanda bir-birinə qarşı mübarizə aparıb. İki komanda arasında keçirilmiş müsabiqədə daha çox xal toplamış komanda həmin turda qalib elan edilib.
Turnirin sonunda İctimai Televiziyanı təmsil edən eyniadlı komanda 34 xalla digər rəqiblərini qabaqlayaraq “İntellektual kubok”da 1-ci yeri tutub. “CBC Sport-2” komandası 33 xalla 2-ci, “Penyarol” isə 31 xalla 3-cü yerə sahib çıxıb. Təşkilatçılar qalib komandaya dəyərli hədiyyələr təqdim ediblər.
Xatırladaq ki, 2019-cu il may ayının 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar silsilə tədbirlərin təşkil olunması planlaşdırılır. Tədbirlər haqqında ətraflı məlumatı və Avropa Liqası ilə bağlı xəbərləri www.finalbaku2019.com saytından əldə edə bilərsiniz.
Yuxarı
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər
"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın
Skaloni çatışmazlıqları gizlətmədi
DÇ-2026: bombardirlər siyahısındakı son durum
Argentinanı yarımfinala yüksəldən qələbə - Video