Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçının biletlərinin qiymətləri və satışa çıxarılacağı tarix müəyyənləşib.
Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. O bildirib ki, həlledici qarşılaşmanın ən ucuz bileti 35 avro, ən bahalısı isə 130 avro olacaq: "Birinci kateqoriyalı biletlər daha baha, dördüncü kateqoriyalılar isə daha ucuzdur. Bu, UEFA-nın standart yanaşmasıdır. Ötən il Fransanın Lion şəhərində keçirilmiş final oyununda biletlərin satış bazarı fərqli olsa da, UEFA üçün Avropa Liqası eyni səviyyəli brendir. Səhv etmirəmsə, Fransadakı finalda orta qiymət 95 avro idi. Bizdə isə ortalama 70 avro olacaq. Təbii ki, VİP biletlər daha bahalıdır. UEFA öz brendinə eyni yanaşır. Amma Bakıdakı finala biletlər bir qədər ucuz olacaq".
E.Məmmədov biletlərin 2019-cu il martın ilk həftəsindən onlayn satışda olacağını da diqqətə çatdırıb: "Azarkeşlər birinci, ikinci, üçüncü və dördüncü kateqoriyalı yerlərə biletləri onlayn formada əldə edə bilərlər. VİP biletlər isə artıq satışdadır".
Qeyd edək ki, bu mövsüm Avropa Liqasının finalı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər
“Mançester Yunayted”in ÇL üçün heyəti açıqlandı
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti
Avropada 16 klub üçün ilk - “Sabah” da siyahıdadır
“Liverpul”un yeni transferi kimdir?
“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov
"Neftçi"dən ayrılan Piriç bu kluba keçdi
İsveçrə millisinin üzvü "Torino"da
Türkiyəli mütəxəssis Azərbaycan millisindən getdi