"Qarabağ"dan "Neftçi"yə 3 cavabsız qol – birinci divizion

"Qarabağ"dan "Neftçi"yə 3 cavabsız qol – birinci divizion
XƏBƏR 3 Dekabr 2018 / 18:03 2128
-  A +

Bu gün birinci divizionda 10-cu turdan təxirə salınan bir oyun keçirilib.

Qol.az-ın məlumatına görə, “Qarabağ”ın ikinci komandası səfərdə “Neftçi-2” ilə üz-üə gəlib. Görüş Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların sonuncu qoluna Qurban Qurbanovun oğlu Musa Qurbanlı imza atıb.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 17-yə yüksəldən “Qarabağ-2” 9-cu pillədəki yerini qoruyub. “Neftçi-2” isə 23 xalla 3-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 29 xalla MOİK başçılıq edir. “Hərbçilər”dən 2 xal az toplayan “Sumqayıt-2” isə ikinci sırada yer alır.

Birinci divizion, 10-cu turdan təxirə salınmış oyun

3 dekabr (bazar ertəsi)

16:00. “Neftçi-2” – “Qarabağ-2” - 0:3
Qollar:
Cavid Bayramov, 71 (0:1), Zaur Fərzəliyev, 75 (0:2), Musa Qurbanlı, 83 (0:3)

Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

25.04.26  15:39

Mbappe zədələndi

topaz banner