İtaliya A Seriyasının 14-cü turunda daha 6 qarşılaşma keçirilib.
Qol.az-ın məlumatına görə, doğma meydanda “Parma” ilə qarşılaşan “Milan” əzmkar qələbə qazanıb – 2:1. Rossonyerlər ilk hissədə hesabda geri düşsələr də, 55-ci dəqiqədə Patrik Kutronenin qolu ilə tarazlığı bərpa ediblər. 71-ci dəqiqədə Frank Kessie komandasına 3 xal qazandıran qola imza atıb.
“Torino” da eyni hesabla “Cenoa”nı məğlub edib. “Frazinone” – “Kalyari” (1:1), “Sassuolo” – “Udineze” (0:0) və “Kyevo” – “Latsio” (1:1) matçlarında qalib müəyyənləşməyib.
Turun mərkəzi qarşılaşmasında isə “Roma” doğma azarkeşləri önündə “İnter”i qəbul edib. Bu mövsüm qeyri-sabit çıxışı ilə diqqət çəkən “canavarlar” növbəti xal itkisi ilə üzləşiblər – 2:2. Paytaxt klubunun heyətində Cengiz Ündər (51-ci dəqiqədə) və Aleksandr Kolarov (74) fərqləniblər. “İnter”in qollarını isə 37-ci dəqiqədə Aleksandr Kolarov və 66-cı dəqiqədə Mauro İkardi vurublar.
Tura bu gün keçiriləcək “Atalanta” - “Napoli” oyunu ilə yekun vurulacaq.
Qeyd edək ki, turnir cədvəlinə 40 xalla “Yuventus” başçılıq edir. 29 xalı olan “İnter” və “Napoli” 2-3-cü yerləri bölüşdürür. 25 xallı “Milan” isə 4-cü pillənin sahibidir.
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər
“Mançester Yunayted”in ÇL üçün heyəti açıqlandı
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti
Avropada 16 klub üçün ilk - “Sabah” da siyahıdadır
“Liverpul”un yeni transferi kimdir?
“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov
"Neftçi"dən ayrılan Piriç bu kluba keçdi
İsveçrə millisinin üzvü "Torino"da