"Püşkdən məmnun olmalıyıq" - millimizin rəqibinin baş məşqçisi

"Püşkdən məmnun olmalıyıq" - millimizin rəqibinin baş məşqçisi
XƏBƏR 2 Dekabr 2018 / 17:10 4295
-  A +

Slovakiya millisinin baş məşqçisi Pavel Hapal Avro-2020-nin seçmə mərhələsində yığmamızın da  yer aldığı E qrupunu dəyərləndirib.

Qol.az-ın Slovakiya mətbuatına istinadən yaydığı xəbərə görə, o deyib: “Beş  komandanın olduğu qrupa düşdük. Buna görə yoxlama matçı da keçə bilərk. Püşkdən məmnun olmalıyıq. Balanslı qrupa düşmüşük. İspaniya və Almaniyanın yer aldığı qruplar çox güclüdür. Mən də pis hisslər yaranmışdı. Qorxurdum ki, Almaniya ilə eyni qrupa düşərik”.

Qeyd edək ki, E qrupunda Xorvatiya, Uels, Slovakiya, Macarıstan və Azərbaycan milliləri yer alıb


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner