David Vilya İnyesta ilə eyni komandada – özü təsdiqlədi

David Vilya İnyesta ilə eyni komandada – özü təsdiqlədi
XƏBƏR 1 Dekabr 2018 / 12:56 2745
-  A +

ABŞ-ın “Nyu-York Siti” klubunun hücumçusu David Vilya karyerasını Yaponiyada davam etdirəcək.

Qol.az-ın məlumatına görə, bu barədə 36 yaşlı futbolçu şəxsi “Twitter” səhifəsində məlumat verib. Bununla da o, “Vissel Kobe” klubuna keçəcəyi ilə bağlı yayılan xəbərləri təsdiqləyib.

Qeyd edək ki, MLS-də 4 mövsüm keçirən Vilyanın transfer olacağı “Vissel Kobe” klubunda hazırda “Barselona”dan sabiq komanda yoldaşı Andres İnyesta və almaniyalı hücumçu Lukas Podolski çıxış edir.

Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

25.04.26  15:39

Mbappe zədələndi

topaz banner