“Hərbi xidmətlə idman bir az oxşardır. Hər ikisində əlavə nəsə edə bilmirsən. Çünki vaxt olmur. Ancaq əsgərlikdə olmaq çox gözəldir, mənim üçün sıxıcı olmadı”.
Qol.az-ın məlumatına görə, bu sözləri Türkiyə mətbuatına açıqlamasında azərbaycanlı atlet Ramil Quliyev deyib. Peşəkar idmançıların dopinq məsələsində xüsusilə diqqətli olmasının vacibliyini vurğulayan dünya çempionu Ümumdünya Antidopinq Agentliyinin (WADA) bununla bağlı sərt cəzalar verdiyini bildirib. O deyib ki, olimpiya idmançıları istənilən vaxt dopinq testdən keçirilə bilərlər:
“2012 və 2013-cü illərdə dopinqdə ilişən idmançılardan sonra çox böyük dəyişiklik oldu. Hazırda qadağan olunmuş preparatdan istifadə edib, gizlətmək mümkün deyil. Bunu etsən, idman karyerana son qoyarsan. Bu səbəbdən çox diqqətli olmaq lazımdır. Sadəcə, dopinq dərmanlarından imtina etməklə iş bitmir. Hər zaman yeməyinə də qata bilərlər, bilmədən nəsə yeyə bilərsən. Bu il 20-30 dəfə dopinq yoxlamasından keçmişəm. Hər yarışda nümunə alıblar. Kənarda da bir neçə dəfə təlim-məşq mərkəzlərinə gəliblər. Hətta evə də gəlirlər. Əsgərlikdə olduğum müddətdə belə nəzarət davam etdi. 21 gündə iki dəfə hərbi xidmət yerinə gələrək, dopinq üçün nümunə götürdülər".
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər
“Mançester Yunayted”in ÇL üçün heyəti açıqlandı
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti
Avropada 16 klub üçün ilk - “Sabah” da siyahıdadır
“Liverpul”un yeni transferi kimdir?
“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov
"Neftçi"dən ayrılan Piriç bu kluba keçdi
İsveçrə millisinin üzvü "Torino"da