UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun “Vorskla” – “Arsenal” oyunu ilə bağlı qərarını açıqlayıb.
Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma Kiyevdə keçiriləcək. UEFA-nın yaydığı bəyanatda matçın yerinin Poltavadan paytaxta dəyişdirilməsi səbəbindən “Vorskla” azarkeşlərinin üzləşəcəyi çətinliyə görə təəssüf hissi keçirdikləri qeyd olunub:
“UEFA-nın matçın Kiyevdə keçirilməsi ilə bağlı təcili qərarı Ukraynanın bəzi bölgələrində hərbi vəziyyətin və təhlükəsizlik tədbirlərinin qeyri-müəyyənliyi, eyni zamanda bütün riskləri qiymətləndirmək üçün vaxtın az olması ilə bağlı verilib”.
Qurum həmçinin qeyd edib ki, hərbi vəziyyətin tətbiqi ilə bağlı durumu öyrənmək üçün UEFA-nın təhlükəsizlik mütəxəssisləri Ukraynaya göndəriləcəklər.
Qeyd edək ki, “Vorskla”nın prezidenti Roman Çernyak dünənki müsahibəsində matçın yerinin dəyişdirilməsinə görə təxirə salına biləcəyini bildirsə də, UEFA fərqli qərar verib. Bu gün keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 21:55-də başlayacaq.
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər
“Mançester Yunayted”in ÇL üçün heyəti açıqlandı
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti
Avropada 16 klub üçün ilk - “Sabah” da siyahıdadır
“Liverpul”un yeni transferi kimdir?
“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov
"Neftçi"dən ayrılan Piriç bu kluba keçdi
İsveçrə millisinin üzvü "Torino"da