Ukraynanın "Vorskla" klubunun prezidenti Roman Çernyak İngiltərə "Arsenal"ı ilə Avropa Liqasının 5-ci tur matçının Poltavadan Kiyevə keçirilməsi barədə UEFA-nın qərarını şərh edib.
Çernyak "Report"a müsahibəsində "Olimpiyski" stadionunda oynamağa hazır olmadıqlarını bildirib...
- Nə klubumuz, nə də ötən gündən Poltavada olan UEFA-nın nümayəndələri heç nəyi başa düşə bilmir. Hamımız şokdayıq. Bizdən heç kim heç nə soruşmayıb, bizi heç kim məlumatlandırmayıb. Üstəlik, bu günədək "Olimpiyski" stadionu təşkilati baxımdan hazır vəziyyətdə deyil. Azarkeşlər Poltavaya oyuna gəlmək üçün təyyarə, qatar və avtobuslara, eləcə də stadionumuzdan oyunu izləmək üçün biletlər alıblar. Həmin biletlər necə olacaq? Yaxud 70 min nəfərlik "Olimpiyski"yə bir günə necə bilet satmaq olar? Bu, məlumatlandırılmadan qəbul edilmiş qərardır. Hazırda əsas sual isə budur ki, oyun baş tutacaqmı? Bu gün oyunöncəsi məşq və mətbuat konfransı keçirilməlidir. Amma harada və necə?
- Hazırda komandanız haradadır?
- Poltavada. Əslində ehtiyat stadion kimi "Lvov Arena"nı göstərmişik. Axı nəyə görə "Olimpiyski"? Hazırda UEFA ilə danışıqlar aparırıq. Bizə Poltavadan 350 km aralıda olan Kiyevdə oynamağı təklif edirlər. "Arsenal"ın Kiyevə gəlib-gəlmədiyi barədə məlumatsızam.
- Oyunun baş tutmama ehtimalı var?
- Tam mümkün ehtimaldır. Heç kiminlə razılaşdırmadan belə qərar qəbul ediblər. Hazırda qeyri-müəyyənlikdir. Qərar dünən axşam verilib. Bilmirik hara zəng edək. Şərh vermək belə mənim üçün çətindir.
- Kiyevə getməsəniz, komandanıza texniki məğlubiyyət verilə bilər?
- Biz bunu qətiyyən istəməzdik. Məqsədimiz odur ki, azarkeşlərimiz bu oyunu öz stadionumuzda izləsinlər. Bunun üçün arenamızın təmirinə xeyli vəsait sərf etmişik.
- Poltavada hava limanı sarıdan problem var. Buna görə də "Qarabağ" "Vorskla" ilə səfər oyunundan dərhal sonra qayıda bilmədi...
- "Qarabağ"ın qayıdışına mane olan problem həll olunub. Artıq belə problem yoxdur. Digər tərəfdən, problem hava limanı ilə bağlıdırsa, biz də Kiyevədək avtobusla 350 km yol qət etməliyik. Elə isə necə olur ki, "Arsenal" Poltavaya avtobusla gələ bilmir? Heç olmasa, UEFA əvvəlcədən bizi məlumatlandırardı.
- Məsələyə nə zaman tam aydınlıq gələcək?
- Hazırda təşkilati məsələlərlə məşğuluq. Bizə elə bir stadion veriblər ki... "Olimpiyski" heç Ukrayna yığmasının ev oyununun keçirilməsini təmin edə bilmir. Buna görə biz paytaxt stadionuna hansısa irad bilməyimiz mümkün deyil. Çünki əvvəldən bu arenaya müraciət etməmişik. Orada təhlükəsizliyə kim cavabdehlik daşıyacaq? Çoxlu açıq məsələ var. Hazırda biz bunlarla məşğuluq. Nəyə görə Poltavada oynamaq olmaz?
- İndi hamını bu sual maraqlandırır: Oyun harada olacaq?
- Təəssüf ki, indi bu suala cavab verə bilməyəcəyəm. Çünki bu, məndən asılı deyil. Təklif olunan stadion oyumuzu təşkil edə bilsə, oyun orada olacaq. Amma orada matçın təşkili üçün arzu və imkanın olduğunu hələlik görmürəm.
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı
Poçettinodan köməkçilərinə ingilis dili tələbi
PSJ-də şok itki
"Araz-Naxçıvan" - "Neftçi": Heyətlər açıqlandı
9-cu dəfə Braziliya çempionu oldular
Paredes müsahibə zamanı huşunu itirdi
Daha iki boksçumuz Avropa çempionatının yarımfinalında
“Real” 4 mövsüm sonra ilk dəfə ardıcıl 9 qələbə qazanıb
Azərbaycan millisinin üzvü "Sampdoriya"da 2-ci qolunu vurdu
Baş hakimə salam vermədi, "qırmızı" aldı - Video
Cənubi Amerika kubokunu yenə onlar qazandılar
“Fənərbaxça” məğlubiyyətdən qaçdı - Video
Yunuszadə sona kimi ehtiyatda qaldı
Cəlalın komandası səfərdən qələbə ilə qayıdır
“Mançester Siti” öz meydanında xal itirdi - Video
İlham Zəkiyev Qran-pridə bürünc medal qazandı
Krivotsyukun komandası qalib gəldi
“Qalatasaray”ın qələbəsi - Video
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi