"Futboldan başın çıxmır" – Babeldən Şenol Günəşə

"Futboldan başın çıxmır" – Babeldən Şenol Günəşə
XƏBƏR 27 Noyabr 2018 / 18:37 4893
-  A +

“Beşiktaş”ın yarımmüdafiəçisi Rayan Babel baş məşqçi Şenol Günəşlə münaqişə yaşayıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, Süperliqanın 11-ci turunun “Başakşəhər”lə oyunu zamanı Günəşin Cermeyn Lensin yerinə meydana Adem Lyayiçi buraxması hollandiyalı futbolçunun xoşuna gəlməyib və o, çalışdırcıya “sən nə edirsən?” deyə reaksiya verib. 66 yaşlı mütəxəssis isə Babelə öz işi məşğul olmağı bildirib. Bundan sonra tərəflər arasında mübahisə düşüb. Qalmaqalın oyundan sonra paltardəyişmə otağında da davam etdiyi, hətta futbolçunun baş məşqçiyə "sənin futboldan başın çıxmır" dediyi iddia olunur.

Qeyd edək ki, sözügedən oyunda “Beşiktaş” rəqibinə 0:1 hesabı ilə uduzub.

Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

topaz banner