İbrahimoviç ABŞ klubunda qalır?

İbrahimoviç ABŞ klubunda qalır?
XƏBƏR 27 Noyabr 2018 / 17:35 1599
-  A +

"Los-Anceles Qelaksi" 2019/2020 mövsümü üçün heyətində saxlamaq istədiyi futbolçuların adlarını açıqlayıb.

Qol.az-ın ABŞ klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "Milan"a keçidi gündəmdə olan Zlatan İbrahimoviç də adı siyahıya daxil edilib. Klubun bu addımı isveçli hücumçunun komandada qalacağı ehtimallarını gücləndirib.

Qeyd edək ki, bir neçə gün öncə 37 yaşlı forvardın "Milan"la anlaşdığı və İtaliya klubunda ilyarımlıq müqaviləyə əsasən 2,2 milyon avro qazanacağı bildirilmişdi.

Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

25.04.26  15:39

Mbappe zədələndi

topaz banner