"Sumqayıt" yenidən doğma meydanında - bu mövsümdə ilk dəfə

"Sumqayıt" yenidən doğma meydanında - bu mövsümdə ilk dəfə
XƏBƏR 27 Noyabr 2018 / 16:31 2879
-  A +

“Sumqayıt” ev oyunlarını yenidən doğma meydanda keçirəcək.

Qol.az-ın məlumatına görə, "gənclik şəhəri" təmsilçisi Topaz Premyer Liqanın 13-cü turunda “Səbail”i məhz "Kapital Bank Arena"da qəbul edəcək. Bu, yeni mövsümdə komandanın Sumqayıtda ilk oyunu olacaq. Mövsümün əvvəlindən gedən təmir işləri  artıq yekunlaşıb və stadion hazır vəziyyətdədir.

“Sumqayıt” – “Səbail” görüşü dekabr ayının 1-də, saat 19:00-da start götürəcək.

Xatırladaq ki, "Kapital Bank Arena" təmirdə olarkən “Sumqayıt” ev oyunlarını “Dalğa Arena” və “Bayıl Arena”da keçirirdi.

Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

topaz banner