Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"ın qonağı olacaq "Sportinq" Bakıya cəmi 19 futbolçu ilə gələcək.
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Marsel Keyzerin sifariş ərizəsinə daxil etdiyi futbolçulardan 3-ü qapıçıdır. Bu isə o deməkdir ki, hollandiyalı mütəxəssisin sərəncamında cəmi 16 sahə oyunçusu olacaq.
Qapıçılar: Romen Salen, Renan Ribeyro, Dioqo Souza
Müdafiəçilər: Sebastyan Koates, Cefferson Moreyra, Andre Pinto, Tyaqo Calo, Bruno Qaspar, Tyerri Korreya
Yarımmüdafiəçilər: Bruno Fernandeş, Vendel, Radoslav Petroviç, Nemanya Qudel, Miqel Luiş
Hücumçular: Nani, Karlos Mane, Abdulay Diabi, Bas Dost, Jovane Kabral
Qeyd edək ki, Rodriqo Battalya və Stefan Ristovski zədəli olduqları üçün görüşü buraxacaqlar. Fredi Montero və Rafinya tam olaraq hazır deyil. 4-cü turda səfərdə "Arsenal"la qolsuz heç-heçə etdikləri qarşılaşmada Markos Xavyer Akunya sarı vərəqə limitini doldurub, Jeremi Matyö isə qırmızı vərəqə alıb. Bu səbəbdən, hər iki futbolçu zədəlidir. Komandanın sabiq baş məşqçisi Joze Pezeyru Bruno Sezar, Marselo Ferreyra, Lük Kastanyos, Lumor Aqbenyenu və Yosip Mişiç kimi oyunçuları Avropa Liqasının iştirak ərizəsinə daxil etmədiyindən, onların da meydana çıxması mümkünsüzdür.
Xatırladaq ki, noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Sportinq" oyunu saat 21:55-də start götürəcək.
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər
“Mançester Yunayted”in ÇL üçün heyəti açıqlandı
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti
Avropada 16 klub üçün ilk - “Sabah” da siyahıdadır
“Liverpul”un yeni transferi kimdir?
“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov
"Neftçi"dən ayrılan Piriç bu kluba keçdi
İsveçrə millisinin üzvü "Torino"da