Emiliano Viviano "Qarabağ"la oyunu buraxa bilər

Emiliano Viviano "Qarabağ"la oyunu buraxa bilər
XƏBƏR 27 Noyabr 2018 / 11:12 1092
-  A +

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”ın qonağı olacaq “Sportinq”in qapıçısı Emiliano Viviano Bakıdakı matçı buraxa bilər.

Qol.az-ın Portuqaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Lissabon təmsilçisinin yüngül zədəsi olan qolkiperi paytaxtımıza gətirməyəcəyi gözlənilir. Ancaq komandanın baş məşqçisi Marsel Keyzerin bu qərarı təkcə italiyalı qolkiperin zədəli olması ilə bağlı deyil. Ümumiyyətlə, 32 yaşlı qolkiper hollandiyalı mütəxəssisin planlarına daxil deyil və onun qış fasiləsində komandadan gedə biləcəyi söylənilir. Təcrübəli qapıçı ilə İtaliya A Seriyası təmsilçisi SPAL yaxından maraqlanır.

Qeyd edək ki, noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Sportinq” oyunu saat 21:55-də başlayacaq.

Son xəbərlər
topaz banner