"Real"da ciddi itki – "Roma"ya qarşı oynamayacaq

"Real"da ciddi itki – "Roma"ya qarşı oynamayacaq
XƏBƏR 26 Noyabr 2018 / 18:20 1872
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda noyabrın 27-də “Roma”nın qonağı olacaq “Real” oyuna ciddi itki ilə çıxacaq.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komandanın aparıcı futbolçularından Kazemiro səfər matçını buraxacaq. Braziliyalı yarımmüdafiəçi zədə səbəbindən “canavarlar”a qarşı oynamayacaq.

Qeyd edək ki, “Roma” – “Real” oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Son xəbərlər
topaz banner