"Qarabağ"ın rəqibindən səfər qələbəsi

"Qarabağ"ın rəqibindən səfər qələbəsi
XƏBƏR 26 Noyabr 2018 / 00:37 1134
-  A +

İngiltərə Premyer Liqasında 13-cü turun daha 2 oyunu keçirilib.

Qol.az-ın məlumatına görə, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Arsenal" səfərdə "Bornmut"la üz-üzə gəlib. London klubu 30-cu dəqiqədə Cefferson Lermanın öz qapısına vurduğu qolla hesabda irəli çıxıb. Ancaq birinci hissənin sonlarında Coşua Kinq tarazlığı bərpa edib. İlk yarı bu hesabla başa çatıb. Pyer-Emerik Obameyanq 67-ci dəqiqə yenidən "topçular"ı önə çıxarıb.

Beləliklə 2:1 hesablı qələbə qazanan "Arsenal" xallarının sayını 27-yə yüksəldib və 5-ci pillədəki yerini möhkəmlədib. Hazırda Unai Emerinin komandası 4-cü sıradakı "Çelsi"dən cəmi 1 xal geridədir.

Günün digər oyununda isə "Haddersfild" səfərdə "Vulherhempton"u 2 cavabsız qolla məğlub edib. Qonaqların heyətində hər iki qolu 6 və 74-cü dəqiqələrdə Aaron Muy vurub.

Tura sabah keçiriləcək "Börnli" - "Nyukasl" matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, Premyer Liqada turnir cədvəlinə 35 xalla "Mançester Siti" başçılıq edir. "Şəhərlilər"dən 2 xal az toplayan "Liverpul" 2-ci, 30 xallı "Tottenhem" isə 3-cüdür.

Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

topaz banner