"Qalatasaray"ın almaq istədiyi hücumçu İstanbulda

"Qalatasaray"ın almaq istədiyi hücumçu İstanbulda
XƏBƏR 25 Noyabr 2018 / 13:45 4120
-  A +

Adı "Qalatasaray"la hallanan "Yurqorden" klubunun hücumçusu Aliu Badci İstanbula gedib.

Qol.az-ın "Goal.com"a istinadən yaydığı xəbərə görə, bu barədə seneqallı futbolçu şəxsi "İnstaqram" hesabında məlumat verib. 21 yaşlı forvardın bu paylaşımı onun "Cim-Bom"a transfer olma ehtimalını bir qədər də artırıb. Komandanın sabiq hücumçusu Yohan Elmanderin təklif etdiyi Badcinin Fatih Terimin siyahısında ilk sıralarda olduğu bildirilir.

Qeyd edək ki, afrikalı hücumçu İsveç çempionatında yenicə başa çatmış mövsümdə 28 oyuna çıxıb və 8 qol vurub.

Son xəbərlər
topaz banner