"Sabah"ın kapitanı Cavid İmamverdiyev Topaz Premyer Liqasının 12-ci turunda səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Gərgin oyun keçdi. Düşünürəm ki, qalib də gələ bilərdik. Ancaq üstünlüyü əldən verdik. “Qarabağ” kimi komandaya qarşı oyunda 1:1 hesablı heç-heçə bizim üçün yaxşı nəticədir. Məqsədimiz Premyer Liqada qalmaqdır. “Neftçi” ilə oyuna yaxşı hazırlaşıb, qələbə üçün meydana çıxacağıq.
- İkinci hissədə demək olar ki, ancaq müdafiə olunurduz.
- Ən azından qol buraxmasaydıq, qalib gələ bilərdik. Bu baxımdan deyirdim.
- “Sabah”ın iki xal itirdiyini düşünürsən?
- Elə fikirləşmirəm. “Qarabağ” kimi komanda ilə oyunda belə nəticə yaxşıdı.
- Növbəti turda lider “Neftçi”ni qəbul edəcəksiniz. Oyunla bağlı fikirlərin necədir?
- Əlimizdən gələni edəcəyik ki, “Neftçi” üzərində qələbə qazanaq. Komandama inanıram. Bunu bacara bilərik.
- Komandanın bombardiri Deviç də zədəsini sağaldaraq geri dönür.
- Onun son durumundan xəbərim yoxdur. Deviçin hücum xəttində olması bizim üçün böyük üstünlük olacaq.
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər
“Mançester Yunayted”in ÇL üçün heyəti açıqlandı
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti
Avropada 16 klub üçün ilk - “Sabah” da siyahıdadır
“Liverpul”un yeni transferi kimdir?
“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov